Gəmi qazanalizatorları və onların istismarı

“Gəmi qazanalizatorları və onların istismarı” kursu üzrə tədris planı və proqramı  “Dənizdə insan həyatının mühafizəsi dair” (DİHM) Beynəlxalq Konvensiyanın II-2 fəslinin B bölməsinin 4-cü qaydasının 5.7-ci bəndinin və “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” (DHDNÇ-78) Beynəlxalq Konvensiyanın A-V/1-1 bölməsinin,  A-V/1-1 cədvəlinin tələblərinə uyğun hazırlanmışdır.

Kimlər üçün nəzərdə tutulub:

Müxtəlif növ gəmilərdə çalışan idarə heyəti gəmi sürücüsü üçün tələb olunur.

  • Qazanalizatorlar haqqında anlayışlar.
  • Qazanalizatorların işə hazırlanması.
  • Qaz  analizlərinin aparılması və hesabatlar.
  • Qazanalizatorların istismarı və onlara göstərilən texniki xidmətlər.
  • Seçmə mövzular.

Qiymətləndirmə:

Dinləyicilərin təlimin sonunda mövzunu tam şəkildə mənimsədiyini bildirən qiymətləndirmə xarakterli yazılı şəkildə  test imtahanı həyata keçirilir.

Hər bir imtahan təlim kursunu əhatə edən test suallarından ibarətdir.

64% düzgün cavablandırıldığı təqdirdə Məqbul,əks halda Qeyri-məqbul nəticə alınmış olunur. Nəticə qeyri-məqbul olduğu təqdirdə,dinləyici 2-ci dəfə təqkrar imtahanda iştirak etmə hüququ vardır.Təkrar imtahan 3 ay ərzində verilməldikdə nəticə qeyri-məqbul olaraq qəbul olunur.

Tələb olunan sənədlər

  • 3x4 şəkil (1 ədəd);
  • Tibbi kitabçanın surəti;
  • Təhsil haqqında sənədin surəti;
  • İşçi diplomunun surəti (əgər varsa);
  • Şəxsiyyət vəsiqəsinin surəti;