Neft tankerlərdə yük əməlliyatına dair geniş proqram üzrə hazırlıq

“Neft tankerlərdə yük əməlliyatına dair geniş Proqram üzrə hazırlıq” kursu üzrə tədris planı və proqramı “Dənizçilərin hazırlanmasına,  onlara diplom verilməsinə və növbə çəkməyə dair” (DHDNÇ-78) Beynəlxalq Konvensiyanın və Məcəllənin А-V/1-1 bölməsinin 2.1 və 2.2-ci bəndlərinin və Beynəlxalq Dəniz Təşkilatının (BDT) 1.02. model kursunun bazasında hazırlanmışdır.

  • Yük əməliyyatları zamanı təhlükəsizlik qaydaları.
  • Neft məhsullarının fiziki-kimyəvi xüsusiyyətləri.
  • Təhlükənin qarşısını almaq üçün tədbirlər.
  • Şəxsi sağlamlığın qorunması üçün tədbirlər.
  • Fövqəladə hadisələr zamanı görülən təbirlər.
  • Ətraf mühitin çirklənməsinin qarşısının alınması üsulları.
  • Normativ tələblərə riayət olunmasına nəzarət.

Qiymətləndirmə:

Dinləyicilərin təlimin sonunda mövzunu tam şəkildə mənimsədiyini bildirən qiymətləndirmə xarakterli yazılı şəkildə  test imtahanı həyata keçirilir.

Hər bir imtahan təlim kursunu əhatə edən test suallarından ibarətdir.

64% düzgün cavablandırıldığı təqdirdə Məqbul,əks halda Qeyri-məqbul nəticə alınmış olunur. Nəticə qeyri-məqbul olduğu təqdirdə,dinləyici 2-ci dəfə təqkrar imtahanda iştirak etmə hüququ vardır.Təkrar imtahan 3 ay ərzində verilməldikdə nəticə qeyri-məqbul olaraq qəbul olunur.

Tələb olunan sənədlər

  • 3x4 şəkil (1 ədəd);
  • Tibbi kitabçanın surəti;
  • Təhsil haqqında sənədin surəti;
  • İşçi diplomunun surəti (əgər varsa);
  • Şəxsiyyət vəsiqəsinin surəti;