“Suraxanı” gəmi-muzeyində “Açıq qapı” günü keçirilib

Müəllif: Allmarinenews
Nəşr edilmişdir: 19.05.2023 14:31

Mayın 18-də Beynəlxalq Muzeylər Günü ilə əlaqədar  “Suraxanı” gəmi-muzeyində “Açıq qapı” günü keçirilib.  

United Alliance Group LTD şirkətinin əməkdaşları muzeyi ziyarət edib.

Onlara burada tətbiq olunan innovativ yeniliklər barədə ətraflı məlumat verilib. Daha sonra Azərbaycan və dünya gəmiçilik tarixinin, ənənələrinin əks edildiyi ekspozisiya zalları ilə yaxından tanış olublar.

Muzeydə həmçinin Xəzər dənizinin ekoloji mühitinin qorunmasına həsr edilmiş master-klass təşkil edilib.