Gəmi sənayesində müasir gəmilərin düzgün işləməsinin təmin edilməsində təhlükəsizliyin nə qədər mühüm rol oynadığını və ISM/ISPS kodlarının bu sistemdə tutduğu yer məlumdur.
Gəmilərin Təhlükəsiz İstifadəsi qaydası International Management Code for the Safe Operation of Ships and for Pollution Prevention (“ISM Code”), və International Ship & Port Facility Security Code (“ISPS Code”) beynəlxalq məcəllələrin tələblərinə uyğun olaraq tənzimlənir.
United Alliance Group olaraq gəmilərin təhlükəsizliyini hər zaman təmin edirik. Təhlükəsizliyi təmin etmək, insanların xəsarət alması və ya tələfatının qarşısını almaq, ətraf mühitə, xüsusən də dəniz mühitinə və əmlaka zərər verməmək öhdəliyi götürürük.