Biz Azərbaycanın bütün limanlarında xarici gəmilərə geniş çeşiddə agentlik xidməti göstərməklə heyətin və gəminin bütün ehtiyacını ən qısa müddətdə qarşılayırıq.
“United Alliance Group LTD” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Gəmi agenti haqqında əsasnaməsinə uyğun olaraq Azərbaycanda aşağıdakı xidmət və vəzifələri icra edir:
• Səlahiyyətli şəxslə və yaxud üçüncü şəxslərlə bağladığı müqavilənin surətini və həmin müqaviləyə əsasən gəmi agenti xidmətlərinin göstərilməsi nəzərdə tutulan gəmi (gəmilər) barədə məlumatı Administrasiyaya, liman idarəsinə və digər aidiyyəti dövlət orqanlarına təqdim etmək
• Müqavilə ilə müəyyən edilmiş öhdəliklərin icrasını təmin etmək
• Səlahiyyətli şəxsi Azərbaycan Respublikasının dəniz nəqliyyatı sahəsində normativ hüquqi aktların tələbləri və liman adətləri barədə məlumatlandırmaq
• Səlahiyyətli şəxsin kommersiya sirrinin yayılmamasını təmin etmək
• Səlahiyyətli şəxsin tələbi əsasında gəmi agenti xidmətləri göstərilən gəmi ilə əlaqədar bütün məlumatları təqdim etmək
• Dəniz protestinin verilməsinin rəsmiləşdirilməsində gəmi kapitanına köməklik göstərmək
• Gəminin limana girişi, limanda dayanması və yerini dəyişməsi, habelə limandan çıxması ilə əlaqədar sənədlər rəsmiləşdirilməsi və müvafiq tədbirlər görülməsi.
• Gəmi agenti xidmətlərinin göstərilməsi nəzərdə tutulan gəmi (gəmilər) barədə məlumatı Dövlət Dəniz və Liman Agentliyinə və digər aidiyyəti dövlət orqanlarına təqdim etmək;
• Gəmi heyətinə texniki yardım, kapitana nəğd vəsaitin çatdırılması
• Gəminin təmiri, yanacaqla təmin edilməsi (bunker), ərzaq və texniki təchizat
• təxirəsalınmaz tibbi yardım, gəminin lazımi ehtiyyat hissələri ilə təminatı
• gəminin heyət üzvlərinin dəyişdirilməsi ilə bağlı tədbirlərin görülməsi
• gəmidə sanitariya-epidemioloji və profilaktik tədbirlərin görülməsi
Məqsədimiz gəmilərə göstərdiyimiz xidmətlərin əlçatanlığını maksimum təmin etməkdir. Bu sayədə müştərilərimiz öz işlərinin ən yüksək peşəkar standartlara uyğun yerinə yetirildiyinə tam əmin ola bilərlər.