"United Alliance Group"da dənizçilər üçün təlim-tədris prosesi davam edir

Müəllif: Allmarinenews
Nəşr edilmişdir: 05.08.2022 14:16

United Alliance Group dənizçilər üçün Dövlət Dəniz və Liman Agentliyinin müvafiq şəhadətnaməsi əsasında 30-dan çox təlim-tədris prosesi həyata keçirir.

Təlim kurslarımız əhatə etdiyi mövzu dairəsinə əsasən, müxtəlif müddətləri əhatə edir.

Bununla yanaşı eyni zamanda dənizçi diplomlarının vəzifə üzrə yenilənməsi məqsədi ilə təkmilləşdirmə kursları da keçirilir.

“United Alliance Group LTD” şirkəti tərəfindən təlim keçən dənizçilərə STCW (Standards of Training, Certification and Watchkeeping for seafarers ) “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” 1978-ci il tarixli Beynəlxalq Konvensiyanın qaydasına əsasən sertifikat və Dövlət Dəniz və Liman Agentliyi tərəfindən işçi diplomu təqdim edilir.

Təlimlərimiz barədə daha ətraflı məlumat almaq üçün şirkətimizlə əlaqə saxlaya bilərsiniz.