Ötən gün “United Alliance Group”da şirkətin partnyorluq etdiyi GN Group şirkətinin insan resursları üzrə nümayəndələri arasında keçirilən “Açıq qapı” günündə iştirak edən bir neçə dənizçi işlə təmin olunub.
“Açıq qapı”da iştirak edən dənizçilərin cv nümunələrinə yerindəcə baxılaraq nəzərdən keçirilib. Onlardan bir neçəsi mövcud vakansiyalar üzrə gəmidə işlə təmin olunublar. İşə düzələn dənizçilərin arasında Vətən Müharibəsi iştirakçısı, təcrübəli dənizçilər və ilk dəfə gəmidə fəaliyyət göstərəcək şəxslər yer alıb.
Digər iştirakçıların da cv nümunələri qeydə alınaraq növbəti mövcud vakansiyalar üzrə dəyərləndiriləcəyi vurğulanıb.
Qeyd edək ki, gəmilərdəki açıq vakansiyalar üzrə şirkət tərəfindən dənizçilərin göndərdikləri cv nümunələri mərhələli şəkildə nəzərdən keçirilir.
“Açıq qapı” layihəsi çərçivəsində “United Alliance Group”da mütəmadi olaraq gəmiçilik şirkətlərinin nümayəndələri ilə dənizçilərin sosial rifahının yaxşılaşdırılması və onların xarici dövlətlərin beynəlxalq ticarət bayraqlı gəmilərində işə düzəlmə prosesində şəffaflığın təmin olunması məqsədi ilə bu kimi görüşlər keçiriləcək.