“United Alliance Group LTD” daha bir sertifikatlaşdırma təşkilatı tərəfindən ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülüb

Müəllif: Allmarinenews
Nəşr edilmişdir: 13.05.2024 16:36

“United Alliance Group LTD” daha bir  sertifikatlaşdırma təşkilatı “QSCert” tərəfindən ISO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi üzrə sertifikatına layiq görülüb.

Şirkət dənizçilər üçün xüsusi tədris kurslarının və təlimlərin keçirilməsində  ISO 9001:2015 (Keyfiyyət İdarəetmə Sistemi) üzrə bütün mərhələləri uğurla keçib. 

Beynəlxalq standartların tətbiqi nəticəsində bu standartlara uyğunluğun qiymətləndirilməsi “QSCert”  tərəfindən həyata keçirilib. “QSCert”  təşkilatı dünyanın bir çox akkreditasiya qurumu tərəfindən tanınan müstəqil sertifikatlaşdırma təşkilatıdır. 

Qeyd edək ki, “United Alliance Group LTD” bundan öncə də “DNV” sertifikatlaşdırma təşkilatı tərəfindən İSO sertifikatına layiq görülüb.