"United Alliance Group LTD"də peşə kursunu uğurla başa vuranlar gəmilərə təcrübəyə göndərilib - FOTO

Müəllif: Allmarinenews
Nəşr edilmişdir: 18.09.2024 16:49

“United Alliance Group LTD”nin təlim mərkəzində sıravi heyət üzrə peşə kursunu müvəffəqiyyətlə başa vurmuş 10 nəfər real iş şəraiti ilə tanış olması, peşə bacarıqlarının formalaşması  üçün partnyor şirkətlər tərəfindən gəmilərə təcrübəyə göndərilib. 

Təcrübə müddəti keçən şəxslər bu sayədə  gəmilərdə iş prinsipi ilə daha yaxından tanış olma imkanı əldə edə bilər.

Qeyd edək ki, bununla yanaşı peşə hazırlığı üzrə təcrübə müddəti “United Alliance Group”a məxsus müasir tədrisi təmin edən dənizçilərin ixtiyarına verilmiş təlim gəmisində keçirilir.Bu sayədə namizədlər təcrübə rəhbərinin nəzarəti altında burada beynəlxalq standartlara uyğun təchiz olunmuş avadanlıqların təyinatları, gəminin baş energetik qurğularının iş prinsipi ilə tanış olur və bu qurğulara göstərilən texniki xidmətləri öyrənir.

Dərslərin real şəraitə uyğun keçirilməsi eyni zamanda onların bu peşəyə dair bilik və bacarıqlarını  möhkəmləndirir.