“United Alliance Group”LTD və “ZenithSurvey” nümayəndələri Londonda Beynəlxalq Dəniz Təşkilatının Dəniz İnkişafı Bölməsi və Texniki Əməkdaşlıq Şöbəsinin üzvü İvaylo Valev ilə görüşüb

Müəllif: Allmarinenews
Nəşr edilmişdir: 29.02.2024 15:29

“United Alliance Group”LTD və “ZenithSurvey” nümayəndələri Londonda Beynəlxalq Dəniz Təşkilatının  Dəniz İnkişafı Bölməsi və Texniki Əməkdaşlıq Şöbəsinin üzvü İvaylo Valev ilə görüşüb. 

Görüş zamanı “United Alliance Group LTD” və “ZenithSurvey” şirkətinin hazırki fəaliyyət və xidmətlərindən bəhs edilib. 

“United Alliance Group LTD”nin dənizçilik üzrə təlim-tədris prosesi, agentlik, dənizçilərin xarici ölkə bayrağı altında üzən ticarət gəmilərinə işə düzəldilməsində göstərilən təmənnasız vasitəçilik xidməti barədə ətraflı məlumat verilib.

Nümayəndələr mərkəzdə müasir standartlara uyğun ən son texnoloji avadanlıqlardan istifadə edilməklə beynəlxalq kvalivikasiyaya malik peşəkar mütəxəssislər tərəfindən dərs və simulator otaqlarında tədris olunan dərslərdən ətraflı bəhs edib.

Dənizçilik sahəsində peşəkar mütəxəssislərin hazırlanması istiqamətində  həm nəzəri, həm də regionda fəaliyyət göstərən yeganə təlim mərkəzi olaraq dənizçilərin ixtiyarına verilmiş təlim gəmisində keçirilən təcrübi dərslər, burada yaradılan imkanlar və onların hazırki səviyyəsi İ.Valev tərəfindən  yüksək qiymətləndirilib.  

Görüş çərçivəsində “ZenithSurvey”in yüksək kvalivikasiyaya malik mütəxəssisləri tərəfindən  Xəzər, Aralıq və Qara dənizindəki bir sıra gəmilərdə şirkət tərəfindən aparılmış yoxlamalar diqqətə çatdırılıb və bu sahədəki perspektivlər təqdirəlayiq hesab edilib.  

Sonda dənizçilik sahəsində səmərəliliyin genişləndirilməsinin vacibliyi vurğulanaraq bununla bağlı müsbət təcrübələr qeyd edilib və onun  inkişafına dair məsələr müzakirə olunub.