“United Alliance Group”LTD və “ZenithSurvey” şirkətinin nümayəndələri ilə Panamanın Beynəlxalq Dəniz Təşkilatında daimi nümayəndəsi aras;nda görüş keçirilib

Müəllif: Allmarinenews
Nəşr edilmişdir: 04.03.2024 10:36

Fevralın 27-də “United Alliance Group”LTD və “ZenithSurvey” şirkətinin nümayəndələri ilə Panamanın Beynəlxalq Dəniz Təşkilatında daimi nümayəndəsi Luis Bernal Gonzalez arasında görüş keçirilib.

Görüş zamanı tərəflər arasındakı əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib. Eyni zamanda bu görüşün dənizçiliyin inkişafı sahəsində əhəmiyyətli rol oynadığı qeyd olunub.

Daha sonra “United Alliance Group LTD”nin dənizçilik üzrə hazırki fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.

“United Alliance Group LTD”nin dənizçilik üzrə təlim-tədris prosesi, agentlik, dənizçilərin xarici ölkə bayrağı altında üzən ticarət gəmilərinə işə düzəldilməsində göstərilən təmənnasız vasitəçilik xidməti yüksək qiymətləndirilib.

Görüş çərçivəsində Dövlət Dəniz və Liman Agentliyinin verdiyi tanınma şəhadətnaməsi və Panama Dəniz Administrasiyası tərəfindən “United Alliance Group” şirkətinə verilən səlahiyyət əsasında dənizçilər üçün tədris edilən kurslardan, dənizçilik sahəsi üzrə təlimlərin hazırki səviyyəsindən bəhs edilib və Azərbaycanda bu sahədə peşəkar mütəxəsislərin hazırlanmasında öz töhfəsini verən “United Alliance Group”un fəaliyyəti L.Bernal tərəfindən təqdirəlayiq hesab edilib.

Sonda tərəflər arasında dənizçilik sahəsində qarşılıqlı maraq kəsb edən mühüm məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.