“United Alliance Group LTD” və “ZenithSurvey”-in nümayəndələri Beynəlxalq Dəniz Təşkilatının nəzdində fəaliyyət göstərən Dənizçilik İnstitutunun ( Nautical İnstitute) İnformasiya və nəşrlər rəhbəri Steven Gosling və nəşrlər üzrə satış meneceri Marquita Celestine arasında əməkdaşlıq çərçivəsində görüş keçirilib.
İnstitutun nümayəndələrinə “United Alliance Group LTD” və “ZenithSurvey” şirkətinin hazırki fəaliyyət və xidmətləri barədə ətraflı məlumat verilib.
“United Alliance Group LTD”nin dənizçilik üzrə təlim-tədris prosesi, agentlik, dənizçilərin xarici ölkə bayrağı altında üzən ticarət gəmilərinə işə düzəldilməsində göstərilən təmənnasız vasitəçilik xidməti və barədə ətraflı məlumat verilib.
Bununla yanaşı Dövlət Dəniz və Liman Agentliyinin verdiyi tanınma şəhadətnaməsi və Panama Dəniz Administrasiyasının səlahiyyəti əsasında dənizçilər üçün tədris edilən kurslardan bəhs edilib.
Dənizçilik sahəsində peşəkar mütəxəssislərin hazırlanması istiqamətində həm nəzəri, həm də dənizçilərin ixtiyarına verilmiş təlim gəmisində keçirilən təcrübi dərslər, burada yaradılan imkanlar və onların hazırki səviyyəsi yüksək qiymətləndirilib.
Görüş zamanı dənizçilik sahəsində beynəlxalq tələblərə uyğun peşəkar mütəxəsislərin hazırlanmasında əhəmiyyətli rolu olan Nautical İnstitutunun nəşrlərinin gələcəkdə Azərbaycanda verilməsinə üçün distributorluğunun həyata keçirilməsinə dair razılıq əldə olunub.
Razılığa əsasən, institutun bütün nəşr və məlumatlarının onun təmsilçisi olaraq “United Alliance Group” tərəfindən həm Azərbaycan, həm də Xəzər regionundakı bütün dənizçilik şirkətlərinə verilməsi nəzərdə tutulur.
Bu istiqamətdə əməkdaşlıq institut tərəfindən dənizçilik sahəsi üçün təqdirəlayiq addım kimi qiymətləndirilib.
Eyni zamanda institut tərəfindən dənizçilərin peşə və kvalifikasiyaya standartlarının inkişafına dair keçirilən kursların Azərbaycandakı dənizçilik şirkətləri üçün birgə təşkili perspektivləri müzakirə edilərək qarşılıqlı əməkdaşlığın müsbət nəticələr verəcəyi vurğulanıb. “United Alliance Group” və “ZenithSurvey” şirkəti bu sahədə əlaqələrin inkişafında göstərilən diqqətə görə İnstitut rəhbərliyinə dərin təşəkkürlərini bildiriblər.
Nautical İnstitutu ilə dəniz nəqliyyatı sahəsində məsləhətləşmələrin yeni əməkdaşlıq imkanları yaradacağına və tərəfdaşlığı daha da gücləndirəcəyinə dair razılıq əldə edilib.