“United Alliance Group LTD” və “ZenithSurvey” şirkətlərinin nümayəndələri Asif Mehtiyev və Seymur Mirzəyev Yunanıstanda keçirilən dünyanın ən böyük beynəlxalq gəmiçilik sərgisi “Posidonia 2024”-də iştirak ediblər.
Nümayəndələr Afina şəhərinin Metropolitan konfrans zalında baş tutan sərgidə 82 ölkədən və 2 mindən çox şirkətin təqdim etdiyi məhsul və xidmətləri ilə yaxından tanış olublar.
Sərgidə bir çox öndə gedən gəmiçilik şirkətləri, dəniz təsnifat cəmiyyəti, gəmi agentlikləri, dəniz akademiyaları, gəmiqayırma zavodlarından nümayəndələr olmaqla 40 minə yaxın ziyarətçi iştirak edib.
Geniş formatda keçirilən sərgidə məhsulların yerli və beynəlxalq iştirakçılara təqdim edilməsi, gəmiçiliklə bağlı yeniliklərlə tanışlıq şirkətlər arası beynəlxalq əlaqələrinin daha da genişləndirilməsinə səbəb olub.
Sərgi zamanı “United Alliance Group LTD” və “ZenithSurvey”in nümayəndələri müxtəlif yerli və xarici şirkətlərin rəhbərləri və nümayəndələri ilə faydalı fikir mübadiləsi aparıb, gələcək əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.
Qeyd edək ki, İyunun 7-dək davam edəcək "Posidonia 2024" sərgisində dünyanın bir çox yerindən mütəxəssislər qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmaq və təcrüblərini bölüşmək üçün bir araya toplaşıb və indiyədək keçirilən ən böyük sərgi olduğu diqqətə çatdırılıb.