Beynəlxalq Dəniz Təşkilatında “United Alliance Group” və “ZenithSurvey” ilə Sinqapur Dənizçilik və Liman Administrasiyası nümayəndələri arasında görüş keçirilib.
Görüş zamanı “United Alliance Group LTD” və “ZenithSurvey” şirkətinin hazırki fəaliyyət və xidmətlərindən bəhs edilib.
“United Alliance Group LTD”nin dənizçilik üzrə təlim-tədris prosesi, agentlik, dənizçilərin xarici ölkə bayrağı altında üzən ticarət gəmilərinə işə düzəldilməsində göstərilən təmənnasız vasitəçilik xidməti barədə ətraflı məlumat verilib.
Dənizçilik sahəsində peşəkar mütəxəssislərin hazırlanması istiqamətində həm nəzəri, həm də dənizçilərin ixtiyarına verilmiş təlim gəmisində keçirilən təcrübi dərslər, və onların hazırki səviyyəsi Sinqapur Dənizçilik və Liman Administrasiyası nümayəndələri tərəfindən yüksək qiymətləndirilib.
Dənizçilik sahəsində səmərəliliyin genişləndirilməsinin vacibliyi vurğulanaraq bununla bağlı müsbət təcrübələr qeyd edilib.
Həmçinin dənizçiliyin inkişafında Sinqapur Dənizçilik və Liman Administrasiyası ilə gələcəkdə əməkdaşlıq imkanları müzakirə olunub və fikir mübadiləsi aparılıb.