Dənizçi olmaq istəyənlərin NƏZƏRİNƏ! “United Alliance Group” "Növbə matrosu" və "Növbə motorçusu" ixtisasları üzrə peşə kurslarına qəbul elan edir

Müəllif: Allmarinenews
Nəşr edilmişdir: 18.03.2024 11:33

“United Alliance Group”da dənizçi olmaq istəyənlər üçün (DHDNÇ / STCW )  Bölmə A-II/4 uyğun olaraq "Növbə matrosu" və Bölmə A-III/4 uyğun olaraq  "Növbə motorçusu" ixtisası üzrə sıravi heyət mütəxəssislərinin hazırlanmasına dair  peşə kurslarına sənəd qəbulu elan edilib. 

Peşə üzrə hazırlıq müddəti 3 ay tədris və 3 ay təcrübə olmaqla 6 aydır. Təcrübə müddəti “United Alliance Group”a məxsus müasir tədrisi təmin edən dənizçilərin ixtiyarına verilmiş təlim  gəmisində keçiriləcək. 

Qeyd edilən ixtisaslar üzrə təhsil almaq istəyən namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:  

Şəxsiyyət vəsiqəsi

Sağlamlıq haqqında arayış

Hərbi bilet 

Orta təhsil (və yaxud orta ixtisas/ali təhsil) haqqında sənəd (əsli və surəti) 

6 ədəd 3x4 şəkil

Qeyd: Kursların başlanma tarixi ilə bağlı ətraflı məlumat veriləcək

Kurslarda qeydiyyatdan keçmək və qiymətlərlə bağlı ətraflı məlumat üçün əlaqə:

 +994 10 252 76 15

stcw@unitedalliancegroup.com

Ünvan:Afen Plaza, 1996 Yusif Vazir Chamanzaminli, Bakı