Dənizçilər üçün ödənişsiz “Delta” və “Marlins” sınaq testi keçiriləcək

Müəllif: Allmarinenews
Nəşr edilmişdir: 10.01.2022 10:07

“United Alliance Group LTD” dənizçilərimizin öz sahəsində yüksək peşəkarlıqla fəaliyyət göstərməsi üçün zəruri olan imkanları daima təqdim etməkdə davam edir.

Artıq şirkətimiz tərəfindən dənizçilərin öz peşə bacarıqlarını yoxlamaq üçün ödənişsiz “Delta” və “Marlins” sınaq test imkanı yaradılacaq. “Delta” və “Marlins” testləri ixtisaslaşdırılmış gəmi heyəti üzvlərinin biliklərini yoxlamaq üçün zəruridir.

Test imtahanları dənizçilik üzrə bütün ixtisasları əhatə edəcək. Qeyd edək ki, şirkət sınaq imtahanında qeyri-məqbul nəticə göstərmiş şəxslərə bilik və bacarıqlarının artırılması üçün öz dəstəyini göstərəcək. İmtahanlara qeydiyyat və daha ətraflı məlumat almaq üçün şirkətimizlə əlaqə saxlaya bilərsiniz.