“United Alliance Group LTD” dəniz sahəsində ixtisaslı kadrların hazırlanması istiqamətində peşəkar kurslar təklif edir. MərkəzdədDənizçi peşəsinə yiyələnmək istəyənlər üçün sıravi heyət mütəxəssislərinin hazırlanmasına dair peşə kursları tədris edilir. Üstün xidmətləri ilə əlçatanlığı təmin etmək üçün dənizçilərə hər zaman geniş imkanlar təqdim edən “United Alliance Group”da peşə kursları Beynəlxalq Dəniz Təşkilatının model kurslarına, yerli qanunvericiliyə, eləcə “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” (STCW) konvensiyasına uyğun fəaliyyət göstərir.
Peşə kursları aşağıdakıları əhatə edir:
"Növbə matrosu"( DHDNÇ / STCW A-II/4): Hazırlığı keçən tələbələr gəmi konstruksiyası, gəmi quruluşları və gəmi idarəetmə sistemləri ilə tanış olurlar. Gəmidə görülən takelaj və digər işlərdə iştirak edərək gəminin qurluşunu və göyərtədə yerləşən avadanlıqların istismar qaydalarını, kapitan körpüsündə gəminin idarəetmə avadanlıqlarının qurluşunu və iş prinsipini öyrənirlər.
"Növbə motorçusu"( DHDNÇ / STCW A- III/4): Hazırlığı keçən tələbələr gəminin maşın şöbəsi ilə tanış olur, orada yerləşən mexanizmlərin texniki markaları və təyinatlarını öyrənir. Beynəlxalq standartlara uyğun təchiz olunmuş avadanlıqların təyinatları, gəminin baş energetik qurğularının iş prinsipi ilə tanış olur və bu qurğulara göstərilən texniki xidmətləri mənimsəyirlər..
“Gəmi Aşpazı”: hazırlığı keçən tələbələr gəmilərdə mövcud olan kambuzlarda istifadə edilən müxtəlif təyinatlı qurğu və avadanlıqlardan istifadə qaydaları, müxtəlif çeşidli qida növlərinin, çörək və un məmulatlarının hazırlanma texnologiyası mənimsənilir..
Təlim mərkəzimizdəki dərslər çoxillik təcrübəyə malik beynəlxalq kvalivikasiyaya malik peşəkar mütəxəssislər tərəfindən keçirilir. Peşə hazırlığı üzrə təcrübə müddəti “United Alliance Group”a məxsus müasir tədrisi təmin edən dənizçilərin ixtiyarına verilmiş təlim gəmisində keçirilir. Dərslərimizin real şəraitə uyğun keçirilməsi eyni zamanda onların bu peşəyə dair bilik və bacarıqlarını möhkəmləndirir.
\